Lotereya Şərtləri
Evini OBA ilə doldur! – Lotereyada iştirak et!
Dəyərli qonşum, Evini OBA ilə doldur, hədiyyələr qazan!
1 sentyabr – 30 oktyabr tarixlərində OBA marketlər şəbəkəsindən 20 AZN-lik alış-veriş et, bir-birindən dəyərli 38 hədiyyədən birini qazanma şansı əldə et! Hər 20 AZN-lik alış-veriş sizə yumşaq mebel dəsti, yataq otağı dəsti, qonaq otağı dəsti, iPhone 16 e, iPad, soyuducu, TV, paltaryuyan, qabyuyan kimi 38 ədəd böyük hədiyyə qazanma şansı verir. Odur ki siz də loteryada iştirak edin, qaliblər siyahısında olun!
Lotereyada necə iştirak edə bilərəm?
Minimal olaraq 20 AZN-lik alış-veriş etməlisiniz, beləliklə, lotereyada iştirak etmək üçün 1 şans qazanacaqsınız. Nə qədər çox alış-veriş etsəniz, o qədər çox qazanmaq fürsətiniz olacaq. Məsələn: 40 AZN-lik alış-veriş etmisinizsə, 2 şans, 65 AZN-lik alış-veriş etmisinizsə, 3 şans qazanırsınız.
Lotereyada iştirak etmək istəyən şəxsin OBA mobil tətbiq hesabı varsa, birbaşa mobil tətbiq daxilindəki düymədən qəbzdəki ƏDV QR kodunu oxudaraq şans əldə edə bilər. İştirakçının OBA mobil tətbiqdə hesabı yoxdursa, https://oba.az/qonsum-qazansin/ saytında açılan qeydiyyat panelində qeydiyyat prossesi tamamlanmalıdır. Alış-veriş qəbzindəki ƏDV QR kod skan edilərək həmin saytda şanslarım bölməsinə daxil edilməlidir. Həmçinin qeydiyyatdan sonra şans sayını izləmək üçün mobil tətbiqə keçid edə bilər.
Lotereyada yalnız 18 yaş və üzəri şəxslər iştirak edə bilər.
Şanslarınızı izləmək üçün OBA mobil tətbiqini yükləməli və qeydiyyatdan keçməlisiniz.
Alış-verişdə spirtli içki, tütün məmulatları və şans oyunları keçərli deyil. Əgər qəbzin ümumi məbləğindən qeyd olunan məhsulları çıxıldıqdan sonra qalan büdcə 20 AZN və üzəridirsə, lotereya şansı qazan bilərsiniz.
Lotereya iştirakçıları alış-veriş qəbzləri hər tirajın son gününədək saxlamalıdır.
Lotereya kampaniyası 3 tirajdan ibarətdir və tarixləri aşağıdakı kimidir:
1-ci tiraj - 25 sentyabr (1 sentyabr - 20 sentyabr nəticələri elan olunacaq)
2-ci tiraj - 15 oktyabr (21 senytabr - 10 oktyabr nəticələri elan olunacaq)
3-cü tiraj- 10 noyabr (11 oktyabr - 30 oktyabr nəticələri elan olunacaq)
1-ci tirajın hədiyyələri
2 ədəd BOSCH MFW45020 ətçəkən
2 ədəd Mətbəx Robotu Gorenje MMC1000XE
1 ədəd Paltaryuyan maşın BEKO WSRE 6512 PRW
1 ədəd Qabyuyan maşın BEKO DVN05321S
3 ədəd Televizor LG 32LQ63006LA.AMCE 2022
1 ədəd Soyuducu BEKO B1RCNK362S
2 ədəd Lena yumşaq dəsti
2-ci tirajın hədiyyələri
2 ədəd BOSCH MFW45020 ətçəkən
2 ədəd Mətbəx Robotu Gorenje MMC1000XE
1 ədəd Paltaryuyan maşın BEKO WSRE 6512 PRW
1 ədəd Qabyuyan maşın BEKO DVN05321S
3 ədəd Televizor LG 32LQ63006LA.AMCE 2022
1 ədəd Soyuducu BEKO B1RCNK362S
2 ədəd Toskana qonaq dəsti
3-cü tirajın hədiyyələri
2 ədəd Robot tozsoran MIDEA M7 Plus
5 ədəd Fritoz Tefal Easy Fry & Grill Ultra 4.2 Lt Yağsız Air Fryer 4300009189
3 ədəd iPad 10.9-inch (10 Gen) Wi-Fi + Cellular 256 GB Yellow
2 ədəd iPhone 16e 128 GB Black
2 ədəd Eyforia yataq dəsti.
Qaliblər təsadüfi seçim əsasında müəyyən ediləcək. Seçim prosesi “OBA” Market rəsmi sosial media hesablarında canlı şəkildə yayımlanacaq. Hər birinizə uğurlar arzu edirik!